"Urengoy-Pomarı-Ujhorod" boru kəməri erasının sonu yaxındır? Ticarət və siyasi maraqlar oyunda
Avropa
-
Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalarla bağlı dekabrın 19-da qətnamə qəbul etdi. Qətnamədə 2023-cü ildən bəri Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti, siyasi müxalifət, insan haqları müdafiəçiləri, LGBTI+ icması, müstəqil mediaya qarşı sistematik təzyiq apardığı, bunun COP29 sammiti öncəsi şiddətləndiyi bildirilir.
-
Ukrayna üzərindən Rusiya qazının tranzitinin mümkün dayandırılmasına—Ukrayna vaxtı ilə 2025-ci il yanvarın 1-i səhər saat 5-ə təyin olunan tarixə—yaxınlaşdıqca, bu, faktiki olaraq Rusiya qazının boru kəməri vasitəsilə Mərkəzi və Qərbi Avropanın əsas iqtisadiyyatlarına tədarükünün dayanması deməkdir. Avropa İttifaqı (Aİ) ölkələri və yenilənmiş Avropa Komissiyası (AK) rəhbərliyi Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün məsləhətləşmələri intensivləşdirib.
-
Yeni seçilən Baş Katib Mark Ruttenin 25 noyabrda Ankarada dövlət başçısı Erdoğan ilə görüşməsi, üzv ölkələrə tanışlıq səfərindən çox, bölgədə cərəyan edən proseslərə dair birbaşa fikir mübadiləsi məqsədi daşıyırdı. Bunu təbii qarşılamaq lazımdır, çünki Donald Trumpın Ağ Evə qayıdacağı tarix yaxınlaşdıqca, Rusiya-Ukrayna cəbhəsindəki vəziyyət daha kəskin xarakter alır. Digər tərəfdən, İsrail ilə Livan arasındakı növbəti barışığa baxmayaraq, Qəzzənin bundan sonrakı taleyinə dair sual işarələrinin sayı artır.
-
İqlim Dəyişikliyi ilə bağlı Paris Sazişinə uyğun olaraq, Avropa İttifaqı (Aİ) 22 noyabrda Bakıda keçirilən COP29-da 2023-cü ilə qədər olan iqlim tədbirlərini əhatə edən ilk İkiillik Şəffaflıq Hesabatını (BTR) təqdim etdi.
Rəy yaz