İran Azərbaycanı dost və qardaş adlandırdı. İnanmaq olarmı? – Sədrəddin Soltan Çətin sualda
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan səfirliyinə hücum məsələsini sona çatdıracağını vəd edib. Bu barədə oktyabrın 14-də Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə bildirib.
Məsud Pezeşkian iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin təhlükəsizlik məsələlərini və bununla bağlı problemləri həll etməyə çağırıb:
“Ölkələr arasında təhlükəsizliyi, sülhü və ünsiyyəti möhkəmləndirmək və təşviq etmək üçün sərhədlərdə divarlar ucaltmağa ehtiyac yoxdur”.
“Siz bizim qardaşlarımızsınız və iki ölkə arasında əlaqələrin genişləndirilməsi bizim üçün çox dəyərlidir. Hesab edirik ki, heç bir ölkənin suverenliyi gözardı edilməməlidir, digər tərəfdən, biz başqa ölkələrin regiona ayaq açmasını region ölkələrinin maraqlarına uyğun hesab etmirik. Çünki birlikdə çalışaraq təhlükəsizlik və bununla bağlı məsələləri həll edə biləcəyimizə inanırıq. Bu, İran İslam Respublikası hökumətinin hər zaman vurğuladığı əsas siyasətidir”, – deyə İran Prezidenti vurğulayıb.
İranın bu jestinə inanmaq olarmı?
Siyasi şərhçi Sədrəddin Soltan Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Rəy yaz
Çətin sual
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.
-
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov Azərbaycanın xarici siyasəti barədə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
1 rəy
Расим
2024-10-17
Иранцы не братья, и не когда ими не были. Азербайджанцы, живущие в Южный Азербайджан, да наши братья