Prezidentliyə namizəd olmaq istəyənlərə əngəllər yaradılır? – Namizəd Səfərov saat 16:00-da Çətin sualda
Bakı/08.01.24/Turan: Növbədənkənar prezident seçkilərində namizəd statusuna iddiaçılar Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirərək jurnalistlərə bildiriblər ki, MSK qəsdən onların namizədliklərini qeydiyyata almaq istəmir.
Yanvarın 7-də imzaların toplanması üçün son tarix başa çatıb.
Namizədliyə iddiaçılar bildirib ki, bir həftə ərzində bütün imza vərəqələrini doldurmaq mümkün deyildi, çünki vətəndaşlar bayramda işdə olmayıb.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanda prezident yeddi il müddətinə seçilir, prezident yenidən seçkilərdə qeyri-məhdud sayda iştirak edə bilər. Bu günədək qeydiyyata alınmış 3 namizəd var. Hazırkı prezident İlham Əliyev, deputatlar Zahid Oruc və Razi Nurullayev. Seçkilərdə iştirak üçün 17 iddiaçı müraciət etmişdi.
Prezidentliyə namizəd olmaq istəyən, hüquqşünas Namizəd Səfərov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- İqtisadiyyat
- 8 Yanvar 2024 14:56
-
- İqtisadiyyat
- 8 Yanvar 2024 14:59
Çətin sual
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.
-
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov Azərbaycanın xarici siyasəti barədə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz