![Neft yanvarda neçəyə olacaq?](https://turan.az/resized/media/2015/main/010500101842-750-500-resize.webp)
Neft yanvarda neçəyə olacaq?
Neftin qiymətində ilin əvvəlindən başlayan azalma nəinki dayanacaq, əksinə, davam edəcək. Artıq bu ay 1 barrel neft üçdə bir qədər azalaraq $40 ola bilər. Ekspertlər müxtəlif proqnozlar verir, ancaq hamı bir fikirdədir – “qara qızılın” qiyməti 2015-ci ilin ikinci yarısından tez bərpa olunmayacaq, deyə gazeta.ru yazır.
2014-cü ilin ortasından Brent markasının fyuçersləri ardıcıl olaraq aşağı düşürdü və dekabrın sonuna bir barrel 115 dollardan 60 dollara qədər düşüb. Özü də 60 dollarlıq psixoloji hədd bir neçə dəfə keçib, ancaq hər dəfə qiymət qalxırdı.
Müqayisə üçün, böhranlı 1998-ci ilin dekabrd ayında neftin qiyməti bir barrel üçün $9,1 düşdü (ilin əvvəlində $17–18 idi), ancaq 1999-cu ilin əvvəlindən qiymət artmağa başladı, iyuna isə $15 keçdi. Dünya böhranının növbəti ilində, 2008-də dekabrda neftin bir barreli $33-dan bir az baha idi, hərçənd iyunda rekord $147 olmuşdu. Sabit artım yalnız 2009-cu ilin ikinci yarısında başladı, o vaxt bir barrel $60 həddini keçdi.
OPEK noyabrın sonunda iclasında bəyan etdi ki, hasilatı azaltmayacaq. Kartel sutkada 30 mın barrel hasil edərək neft istehsalının 30%-i təmin edir.
Versiyaların birinə görə, Səudiyyə Ərəbistanı qəsdən qiyməti düşürür ki, ABŞ-ın şist nefti dünya bazarına çıxmasın (qiymət ucuz olanda rentabelli olmur). Başqa versiyaya görə, Ər-Riyad ABŞ-la əlbirdir və bu, Rusiyaya qarşıdır.
Dekabrın sonunda Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami Middle East Economic Survey-ə deyib ki, neft heç vaxt $100 səviyyəsinə qalxmaya da bilər. –0--
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:31
-
- Cəmiyyət
- 5 Yanvar 2015 13:12
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
-
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sisteminin (AQTS) yaradılmasına dair fərman imzalayıb. Bu addım ölkənin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində dövlət idarəetməsinin optimallaşdırılmasını və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını hədəfləyir.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan və Rusiya hökumətləri arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizində tranzit yük daşımalarının artırılmasına yönəlmiş əməkdaşlıq sazişini təsdiqləyən fərman imzalayıb.
Rəy yaz