![Narkotik vasitələr məhv edilib, sərhəd rejimini pozanlar saxlanılıb](https://turan.az/resized/media/2015/main/010500101847-750-500-resize.webp)
Narkotik vasitələr məhv edilib, sərhəd rejimini pozanlar saxlanılıb
Dövlət Sərhəd Xidməti sərhədlə bağlı qanunsuzluqların qarşısının alınması haqda açıqlama yayıb.
İl ərzində sərhədçilər 317 kiloqramdan çox narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıblar. 27 tona yaxın yabanı halda narkotik vasitə aşkarlanaraq məhv edilib.
Bundan əlavə, 2014-cü ildə sərhədçilər axtarışda olan 2553 nəfəri saxlayıblar. Bununla yanaşı sərhəddi saxta sənədlə keçmək istəyən 272, başqasının sənədilə keçmək istəyən 42, sərhəd- nəzarət məntəqələrini gizli keçmək istəyən 10 nəfər saxlanılıb.-05D-
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:34
-
- Cəmiyyət
- 5 Yanvar 2015 13:44
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz