
Bakıdakı İran bankı I rübdə 3 milyon manata yaxın mənfəət əldə edib
İran Milli Bankının Bakı filialı 2024-cü ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Kredit təşkilatı yanvar-mart aylarında 2,5 milyon manat mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Bu il aprelin əvvəlinə İran bankının aktivləri ötən il aprelin əvvəlinə nisbətən 12,2% çox - 114,8 milyon manat, o cümlədən xalis kredit portfeli 62,1% az – 3,2 milyon manat təşkil edib. Bakı filialının öhdəlikləri 71,2 milyon manat (10,4% çox) o cümlədən depozit portfeli 35,6 milyon manat (2,85 dəfə çox), balans kapitalı isə 43,6 milyon manat (15,1% çox), o cümlədən nizamnamə kapitalı 73,6 milyon manat (dəyişməyib) olub.
Rəy yaz