ABŞ prezidenti Nikol Paşinyanı təbrik edib
Vaşinqton/15.05.18/Turan: ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib.
"Sizi seçilməyiniz münasibətilə təbrik edirəm. Ölkələrimiz üçün qarşılıqlı maraq doğuran çoxsaylı sahələrdə, o cümlədən ticarət əlaqələrinin, demokratiya və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birgə işlər gözləyirəm. Korrupsiyaya qarşı mübarizdə irəliləyiş, bütün partiyaların səylərinin konsolidasiyası və Qarabağ münaqişəsinin dinc yolla nizamlanması Ermənistanın işıqlı gələcəyini təmin edər. Sizə və Ermənistan xalqına ən xoş arzularımı bildirirəm", - Ağ Evin dərc etdiyi məktubda deyilir. -02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz