Aİ səfiri vətəndaş cəmiyyətinin və müstəqil mətbuatın vacibliyini vurğulayıb
Aİ səfiri vətəndaş cəmiyyətinin və müstəqil mətbuatın vacibliyini vurğulayıb
Avropa İttifaqı ticarət, birbaşa xarici investisiyalar və neft sənayesi sahəsində Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Avropa Gününə həsr olunmuş tədbirdə bildirib.
Aİ Bakı və Yerevan arasında münasibətlərin normallaşmasında irəliləyişi dəstəkləyir və Azərbaycana ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə davam edəcək.
Bakıda keçiriləcək COP29 iqlim konfransına toxunan Mixalko qeyd edib ki, Aİ Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində potensialını inkişaf etdirməyə sadiqliyini və "yaşıl enerjinin" Avropaya ixracı planlarını dəstəkləyir.
Mixalko vətəndaş cəmiyyətinin və müstəqil mətbuatın rolunun vacibliyini vurğulayıb.
Avropanın üzləşdiyi müasir çağırışlara toxunan səfir "Rusiyanın işğalçılıq müharibəsinə" diqqət çəkib.
"Ukrayna xalqı Rusiyanın amansız təcavüzündən özünü müdafiə edir. Biz var gücümüzlə Ukraynanı dəstəkləyirik, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə, müdafiə qabiliyyətimizin möhkəmləndirilməsinə, enerji asılılığımızın azaldılmasına və daha güclü iqtisadi bazanın yaradılmasına birgə yanaşma tətbiq edirik", deyə Mixalko bildirib.
Öz növbəsində, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev "müxtəlif sahələri, o cümlədən iqtisadi inkişaf, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi sahələrini" əhatə edən Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərinə diqqət çəkib.
Nazir həmçinin Azərbaycan və Aİ arasında imzalanmış "enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq" sənədinin vacibliyini qeyd edib.
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz