Jozep Borrel
Avropa Komissiyası və Ali Nümayəndə Jozep Borrelin Gürcüstanda parlament seçkiləri haqqında bəyanatı
Aİ parlament seçkilərindən əvvəl baş verən hadisələri diqqətlə izləyir. Son aylarda Gürcüstan xalqı demokratik dəyərlərə və ölkənin Aİ-yə inteqrasiya yoluna sadiqliyini nümayiş etdirib.
Başda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) olmaqla, seçkilərin müşahidəsi üzrə beynəlxalq missiyanın ilkin nəticələrinə və rəylərinə əsasən, seçki günü prosedur cəhətdən ümumilikdə yaxşı təşkil olunub, lakin gərgin şərait, səsvermə gizliliyinin tez-tez pozulması və prosedur uyğunsuzluqları, seçicilərə qarşı hədə-qorxu və təzyiq faktları qeydə alınıb. Bütün bunlar ictimaiyyətin seçki prosesinə etimadına mənfi təsir göstərib.
Seçicilərə, xüsusən dövlət sektorunun əməkdaşlarına təzyiq haqqında məlumatlar geniş yayılıb.
Bundan başqa, seçki müşahidəçiləri qeyri-bərabər şərait, qütbləşmə atmosferi və bu yaxınlarda qəbul edilmiş qanunvericilik düzəlişlərinin seçki prosesinə təsiri haqqında məlumat verirlər.
Biz Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər müvafiq orqanları seçkilərdə yol verilmiş pozuntuların tez, şəffaf və müstəqil şəkildə araşdırılması borcunu yerinə yetirməyə və bu pozuntuları aradan qaldırmağa çağırırıq.
Aİ ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyələrini səbrsizliklə gözləyir, bu tövsiyələr mümkün qədər tez həyata keçirilməlidir.
Avropa Şurasının 17 oktyabr tarixli rəyinə uyğun olaraq, Aİ Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə əsaslanan demokratik, hərtərəfli və davamlı islahatlar aparmağa çağırır.
Bu kontekstdə Aİ xatırladır ki, Gürcüstan vətəndaşlarının əsas hüquq və öhdəliklərini pozan və Aİ-nin əsaslandığı dəyərlərə və prinsiplərə zidd olan istənilən qanunvericilik ləğv edilməlidir, deyə Avropa Komissiyasının və Aİ-nin Ali Komissarının bəyanatında bildirilir.
-
- Cəmiyyət
- 29 Oktyabr 2024 17:13
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz