
Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Bakıda görüşəcəklər
Martın 15- də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov, İlya Darçiaşvili və Hakan Fidanın üçtərəfli görüşü olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
Bakı görüşü Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli iclası olacaq.
Görüşün gündəliyi açıqlanmır.
Rəy yaz