
Azərbaycanlı hərbçilər Qazaxıstanda təlimlərdə iştirak edirlər
Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında birgə plana əsasən, Qazaxıstanın Almatı vilayətinin Jarkent şəhərindəki "Koktal" təlim poliqonunda "Altın kıran-2024" birgə taktiki-xüsusi təlimləri keçirilir.
Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu bu təlimlərdə iştirak etmək üçün Qazaxıstana yola düşüb. Təlimlər avqustun 24-dək davam edəcək, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Hərbçilərin sayı və hansı qoşun növünü təmsil etdikləri açıqlanmır.
Rəy yaz