Bayden Administrasiyası "son günə qədər" Ermənistan və Azərbaycan arasında sülh üçün çalışmaqda davam edəcək

Bayden Administrasiyası "son günə qədər" Ermənistan və Azərbaycan arasında sülh üçün çalışmaqda davam edəcək

Bayden Administrasiyası yekun sazişin mövcud olmamasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

"Bu, əvvəlki kimi bu administrasiya və dövlət katibi Entoni Blinken üçün həyati əhəmiyyət kəsb edən sahədir və biz vəzifədə olacağımız son günə qədər bunun üzərində işləməyə davam edəcəyik", bu barədə cümə axşamı keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın suallarına cavabda bildirib.

Administrasiyanın səylərinin uğurlu olmaması sizi məyus edib? Bu suala Patel belə cavab verib: "Biz məyusluqlar üzərində dayanmamağa qalmamağa çalışırıq və sadəcə olaraq öz işimizi davam etdiririk. Dövlət katibi Blinken həmişə deyir ki, bəhrəni görmək üçün günlərlə ciddi iş tələb olunur".

Yayın əvvəllərində Blinken deyib ki, Vaşinqton Azərbaycana və Ermənistana "bağlanması mümkün olan" sülh sazişinə nail olmaqda kömək etmək üçün diplomatiyaya "intensiv şəkildə töhfə" verib.

"Düşünürəm ki, sülh sazişi həqiqətən əldə oluna biləndir. Mən bu barədə prezident Əliyevlə danışmışam və düşünürəm ki, bu, mümkündür", deyə Blinken iyulun 1-də bildirib.

Həmin vaxtdan etibarən o, iki dəfə - NATO sammiti çərçivəsində Vaşinqtonda və BMT Baş Assambleyasının iclasları zamanı Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirlərini qəbul edib, lakin bu görüşlərin heç biri razılıq əldə olunması ilə başa çatmayıb.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti