
Azərtac
32 il əvvəl Şuşanı Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məcburi şəkildə evlərini tərk edən sakinlərin birinci qrupu doğma şəhərə qayıdıb.
Mayın 10-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə ilk yaşayış kompleksinin açılışı olub.
Yaşayış kompleksində ilk olaraq 20 ailə, o cümlədən 88 nəfər yerləşib.
23 dördmərtəbəli binadan ibarət yaşayış kompleksi 8 hektar ərazidə inşa edilib. 450 mənzildən, o cümlədən 28 ədəd birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzildən ibarətdir.
Müvafiq olaraq 300 və 500 mənzildən ibarət ikinci və üçüncü yaşayış kompleksinin tikintisi planlaşdırılır.
Şuşa 8 may 1992-ci ildə erməni qoşunları tərəfindən işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə zamanı, noyabrın 8-də şəhər işğalçılardan azad edilib. Müharibə başa çatdıqdan dərhal sonra şəhər infrastrukturunun və tarixi abidələrin bərpasına başlanılıb.
Rəy yaz