
Erdoğan İsrail prezidentinin Bakıya uçuşuna icazə vermədiyini təsdiq edib
Türkiyə prezidenti noyabrın 17-də İsrail prezidentinin təyyarəsinin Bakıya uçmaq üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədiyini təsdiq edib.
"Biz İsraillə ticari əlaqələri kəsmişik və onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik", deyə o, Braziliyada C20 sammit zamanı keçirdiyi mətbuat konfransında bildirib.
"Bildiyiniz kimi, biz İsraillə ticari əlaqələri tamamilə kəsmişik. İsrail prezidentinin COP29 sammitində iştirak etmək üçün Azərbaycana səfərinə gəlincə, biz onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik", deyə Erdoğan qeyd edib.
Onun sözlərinə görə, Hersoqun oraya getmək üçün başqa marşrutları da var idi. "Türkiyə bir sıra məsələlərdə öz mövqeyini nümayiş etdirməlidir və biz bunu edəcəyik", deyə o, əlavə edib.
Xatırladaq ki, İsrail nazirləri Bakıya Gürcüstandan keçən ticari reyslərlə gəliblər.
Rəy yaz