
HHQ zabiti mənimsəmə ittihamı ilə həbs olunub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi HHQ-nin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Ülvi Həsənov həbs olunub.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin verdiyi məlumata görə, Həsənova qarşı Azərbaycan CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Rəy yaz