![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2023/main/031400059825-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
NATO-nun keçmiş rəhbəri Azərbaycana qarşı sanksiyalara çağırıb
Bakı/14.03.23/Turan: Ermənistanda səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Rasmussen Azərbaycanın və onun rəhbərliyinin ünvanına ciddi ittihamlarla çıxış edib.
O, Avropa İttifaqını Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Laçın dəhlizini açmaqdan imtina etdiyinə görə Azərbaycana təzyiq göstərməyə çağırıb.
"Avropa İttifaqının Azərbaycanla energetika sahəsində sazişi var və bundan təzyiq amili kimi istifadə oluna bilər. Ola bilsin ki, prezident İlham Əliyev də Putin kimi avtokratdır, amma düşünmürəm ki, Əliyev prezident Putinin düşdüyü vəziyyətdə olmaq istəsin. Mən bir daha Əliyevi Dağlıq Qarabağın blokadasına son qoymağa çağırıram", - o, jurnalistlərlə söhbətində deyib.
Bu gün Rasmussen Qorusa gedib, orada Qarabağdan olan "qaçqınlar"la söhbət edib. Onun sözlərinə görə, "yol açılmasa Qarabağda humanitar fəlakət" ola bilər.
O həmçinin bildirib ki, Ermənistana hökumətin dəvətilə gəlib və Yerevanın Brüsselə yaxınlaşmasına kömək edəcək. Xatırladaq ki, Rasmussen hazırda Rasmussen Global lobbiçilik təşkilatına rəhbərlik edir. 02D
-
- Siyasət
- 14 Mart 2023 17:40
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz