
Nikol Pashinyan
Bakı/14.04.21/Turan: 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfin 3621 hərbiçisi həlak olub, bu barədə aprelin 14-də parlamentdə baş nazir Nikol Paşinyan bildirib. Bundan başqa, 321 nəfər itkin düşmüş hesab olunur, xəbəri İnterfaks yayıb.
201 nəfərin nəşi DNT-ekspertizadan keçirilir. Bundan başqa, 100-dən çox cəsədin kimliyi müəyyən edilib, amma ailə üzvləri müxtəlif səbəblərdən onları qəbul etməkdən imtina edir, deyə Paşinyan bildirib. -02D-
Rəy yaz