Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb
Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb
Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı fəaliyyətini dayandırıb. Bu qərarı qurumun İdarə Heyəti mayın 14-də qəbul edib. Bu barədə Turan Agentliyinə Q.İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.
Onun sözlərinə görə, təşkilatın fəaliyyətini dayandırmasının səbəbi dövlət qeydiyyatının olmamasıdır. İbadoğlunun özünə gəlincə, o, 9 aylıq həbsdən sonra sağlamlıq vəziyyəti ilə əlaqədar siyasi fəaliyyətini dayandırır.
Lakin Hərəkatın İdarə Heyətininü zvü Əlövsət Sadıqlı Qalib Toğrulun fəaliyyətin dayandırılması haqqında qərarı Hərəkatın İdarə Heyətinin qəbul etdiyi haqqında iddialarını təkzib edib.
Sadıqlının sözlərinə görə, Hərəkat dövlət qeydiyyatı məsələsini həll etdikdən sonra fəaliyyətə başlamaq niyyətindədir.
-
- Maliyyə
- 16 May 2024 11:47
-
- İqtisadiyyat
- 16 May 2024 12:17
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz