![Tofiq Yaqublu](https://turan.az/resized/news/2024/mk1eKPaT0IdAOpA1101dBrhaAdGVFb9PDZdheO2U-750-500-resize.webp)
Tofiq Yaqublu
Tofiq Yaqublunun işi üzrə prosesdə şahid ifadələri istintaqın versiyasını puç edir
Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas keçirilib.
Xatırladaq ki, ittiham aktına əsasən, Yaqublu guya zərərçəkmiş kimi tanınan Elşən Hüseynova 25 min avro və 10 min manat pul müqabilində Almaniyaya viza və daha sonra bu ölkədə vətəndaşlıq almağı vəd edib. İstintaqın iddiasına görə, pul vəsaiti bu işin digər bir fiqurantı - Elnur Məmmədov vasitəsilə çatdırılıb.
İttiham tərəfinin məlumatına görə, Məmmədov pul vəsaitini 8 dekabr 2023-cü il tarixində saat 4 radələrində Zabrat qəsəbəsində Yaqubluya verib.
Lakin noyabrın 29-da prosesdə çıxış edən müdafiə tərəfin şahidləri bu iddianı təkzib ediblər.
Xüsusən, DQMŞ üzvü Vidadi Mirkamal bildirib ki, həmin gün onun Pirşağı qəsəbəsindəki bağ evində bu qurumun iclası keçirilib, Yaqublu təxminən saat 3-ün yarısı tədbirə gəlib və axşam saat 7-də gedib.
Şahid həmçinin bildirib ki, Yaqublu son vaxtlar, həbsindən əvvəl DQMŞ-nin koordinasiya mərkəzinin üzvlərinin whatsapp qrupuna avtomobilinin izlənildiyini yazıb.
Müdafiə tərəfin digər şahidi - müxalif fəal Hüseyn Məlik Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin binalarının qarşısında Qubad İbadoğlunun işi üzrə iclas keçirilərkən Yaqublunun yanına gələn bir nəfəri gördüyünü bildirib.
Məlikin sözlərinə görə, o, əlində sənəd qovluğu ilə gəlirdi, Yaqubluya yaxınlaşıb "Gürcüstanda həbs edilmiş eks-prezident Mixail Saakaşvilini müdafiə səylərini "dəstəkləməyi", onun azad edilməsi tələbi ilə müraciəti imzalamağı xahiş edirdi.
"Tofiq bəy mənə dedi ki, bu şəxsi bizim yanımıza hakimiyyət təxribat məqsədilə göndərib, diqqətli ol. Və mən dostlarımıza onu özlərinə yaxın buraxmamaları barədə xəbərdarlıq etdim", deyə Məlik sözünə davam edib.
Hakim Məlikdən zalda olanlar arasından bu şəxsi tanıya bilib-bilməyəcəyini soruşduqda o, Məmmədovun işi üzrə digər təqsirləndirilən şəxsi göstərib.
"Bu şəxs. O, məhkəmələrin qarşısına gələrkən başına parik taxırdı", deyə Məlik bildirib.
Bundan sonra hakim şahidlərin dinlənilməsinin başa çatdığını açıqlayıb. Dekabrın 12-də keçiriləcək növbəti iclasda məhkəmə sənədləri tədqiq etməyə başlayacaq.
Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərin mobil telefonlarının anten məlumatlarının istənilməsi haqqında vəsatətə baxmayıb. O, bu məsələyə sənədlər tədqiq edildikdən sonra baxılacağını deyib.
Yaqublu qeyd edib ki, anten məlumatlarının təqdim edilməsi istintaqın Zabrat qəsəbəsində ona pul verilməsi haqqında versiyasını tamamilə puç edəcək, çünki onun orada olmadığı təsdiqini tapacaq.
* Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 14 dekabr 2023-cü il tarixində fırıldaqçılıq, rəsmi sənədləri saxtalaşdırma və qanunsuz sənəd hazırlama və saxta sənədlərdən istifadə etmə ittihamları ilə həbs edilib.
Yaqublu ittihamları uydurma adlandırıb. Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
-
- Mədəniyyət
- 30 Noyabr 2024 12:55
Siyasət
-
Fevralın 12-də dövlət başçısı İlham Əliyev dünən Bakıya rəsmi səfərə gələn Somali prezidenti Hasan Şeyx Mahmud ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin saytında yer alan məlumatda bildirilir.
-
Fevralın 11-də Çinin CGTN (China Global Television Network) telekanalı Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda verdiyi müsahibəni dərc edib. Azərbaycanın dünya siyasətində rolu və yeri haqqında suala cavabda Əliyev deyib ki, "Azərbaycanın regional sabitliyə verdiyi töhfə" qlobal, beynəlxalq aktorlar tərəfindən qiymətləndirirlir.
-
Fevralın 11-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının işi üzrə proses davam etdirilib. Prokurorlar ittiham aktının Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı əhalinin kütləvi qətlləri, Ermənistan və erməni separatçıları tərəfindən törədilən terrorçuluq faktlarına aid hissəsini oxuyublar.
-
Çərşənbə axşamı axşam saatlarında ABŞ prezidenti Donald Tramp Rusiyanın azad etdiyi amerikalı müəllimi Ağ Evdə salamlayıb və jurnalistlərə deyib ki, "sabah daha bir nəfəri azad edəcəklər, sizə onun haqqında məlumat veriləcək", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:08
- 113
Rəy yaz