
Xəzəryanı ölkələrin HDQ komandanları qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıblar
Moskva/11.10.19/Turan: Cümə günü Sankt-Peterburqda Xəzəryanı ölkələrin dənizdə qarşılıqlı hərbi fəaliyyəti haqqında saziş imzalanıb. Sənədi beş ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndələri imzalayıblar.
Beş ölkənin HDQ komandanlarının 4-cü iclası çərçivəsində ikitərəfli görüşlər də keçirilib. Təhlükəsizlik, sularda xilasetmə sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib, xəbəri Rusiya KİV-ləri yayıb. -02D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz