Taliban leader Mullah Haibatullah Akhundzada and Turkish Foreign Minister Mevlut Cavusoglu. July 2021

Taliban leader Mullah Haibatullah Akhundzada and Turkish Foreign Minister Mevlut Cavusoglu. July 2021

Burada diqqəti cəlb edən bir neçə nöqtə vardır.Birincisi odur ki, mülayim mesajlara baxmayaraq, Türkiyə özü Əfqanıstandakı radikal islamçı rejimlə birbaşa danışıqlara girə bilmir; yəni, hələ Kabildən çox uzaqda ikən Talibanın açıqladığı  və “Türkiyənin bəzi şeylərdən vaz keçməsini” tələb etdiyi şərtlər qüvvədə qalır.İkincisi - işin ap əvvəlindən Taliban üzərində Türkiyənin yox, Pakistanın  təsirli olacağı Ankaranın bu xahişindən görünməkdədir.Üçüncüsü isə - Türkiyənin siyasi islamı Talibana nə qədər mülayim mesajlar versə də gələcək dönəmdə də bunun faydasının olmayacağını indidən görmək çətin deyil.

Bəli, Əfqanıstan torpaqlarında SSRİ-yə qarşı vuruşdurulan mücahid qruplarından fərqli olaraq 1990-cı illərin əvvəllərində körfəz ölkələrinin maddi, Pakistanın isə mənəvi dəstəyi (təhsil) ilə meydana çıxan Taliban (proseslərin hamısının koordinatoru isə başda ABŞ olmaqla Qərb ölkələridir) iqtidarda siyasi islamçıların olmasına rəğmən Türkiyə kimi ölkələrə asanlıqla qapı aralamayacaqdır.

İyulda “Kabil aeroportunun mühafizəsini  öz üstünə götürməyə hazır olduğunu” açıqlayan Ankara, şübhəsiz, cərəyan edən proseslərin çətinliyini görüncə, İslamabadın qapısını döysə də indiki mərhələdə hər hansı irəliləyişdən söhbət getməsi mümkün deyildir. Bunu gördüyü üçün birinci hədəf kimi əsgərlərini Kabildən çıxarmağa üstünlük verdi və bunu itki vermədən bacardı.Ardınca dövlət başçısının sözçüsü Kalın “Kabil aeroportunu idarə etmək istədiklərini” açıqladı ki, bu da hədəflərdən asanlıqla vaz keçilməyəcəyini göstərməkdədir. Ancaq Talibanın nəzarəti altında olmayan Kabil aeroportu ətrafında baş verən hadisələrin Ankaranı da hər şeyi yenidən ölçüb-biçməyə vadar etməsi qaçınılmazdır.

Talibanın radikallığı artırması halında isə Türkiyənin işinin daha da çətinləşəcəyini gözləmək olar. Qarşısında cəmiyyətin ən az yarısını təmsil edən sekulyar qüvvələr yoxdursa, hakimiyyətə siyasi və ya  qeyri-siyasi yoldan gəlsin, islamçı iqtidarlarınn radikallaşmasının qabağını almaq mümkün olmur. Məsələn,1979-cu fevralında “qadınların haqlarını hamıdan çox qoruyacaqlarından”  dəm vuran aəytullah Xomeyni martdakı  “Mənim üçün başını örtməyən qadınla ümumi ev fahişəsi arasında heç bir fərq yoxdur”  sözləri rejimin mahiyyətinin bir gecədə dəyişməsinə kifayət etdi.Türkiyəni isə hal-hazırda Talibanla münasibətlər yaratmaqdan əlavə Əfqanıstandan gələcək olan qaçqınlar eyni dərəcədə qayğılandırır. Çünki qonşu Suriyadan gələn 4 milyonluq miqrasiya dalğasından sonra Əfqanıstandan gəlməsi gözlənilən təxminən 600 min qaçqın ölkənin təkcə iqtisadiyyatına və sosiologiyasına deyil,birbaşa demoqrafik strukturuna da öz ciddi təsirini göstərəcəkdir...

Bu mühit və şəraitdə Türkiyənin iqtidar partiyası növbəti parlament və prezident seçkisinə hazırlıqları düşünmək məcburiyyətindədir (iqtidarın ortağı Milliyyətçi Hərəkat Partiyasının Əfqanıstan məsələsində böyük ortaqla tərs düşən fikirləri diqqəti cəlb edir).

AKP iqtidarı dövründə dəfələrlə olduğu kimi, Mərkəzi Bankın valyuta ehtiyatına bu yaxınlarda da daxil olmuş qeyri-rəsmi valyuta və bir neçə ölkədən  swap  xəttiylə gələn pullar iqtisadi sistemin bronxial yollarını bir az təmizləsə də artıq erkən və ya vaxtında olmasının çox fərqi qalmayıb, növbəti seçkinin atmosferinə daxil  olunanda  həyata keçiriləcək iqtisadi siyasətin problemli olacağı gözlənilir.

Yəni, ən gec sentyabrın axırından ciddi miqdarlarda pul axtarışına çıxacaq olan hökumət növbəti seçkini düşünməkdən də  yaxasını qurtara bilməyəcək. Bunu yaxşı bilən Türk siyasətinin ən təcrübəli şəxsiyyəti Erdoğan siyasi sahədə manevr üstünə manevr edərkən islamçı ritorikalarını gücləndirməkdən geri qalmır.

Bəraət almış generalların yenidən həbs edilməsi o ritorikanın tərkib hissələrindən biri olub AKP-nin o damarı axıra qədər əlindən buraxmayacağı gün kimi aydındır. Mülayim milliyyətçi qanadı təmsil edən İYİ Partiyanı müxalif ittifaqdan ayırmaq mümkün olmayınca kürd mənşəli seçicilərinin önəmli qisminin də artıq “müsəlman qardaşlığı” təməlində yox, etnik damar üzərində siyasi oyunlar oynaması geri dönülməz hal aldığınna görə, seçki ərəfəsində yolmaq üçün yeni qaz axtarışlarını davam etdirmək lazım gələcəkdir.

Öldürülməmiş bir siyasi sistemdə saysız alternativlər olduğu kimi seçkidə məğlub olub geri çəkilmək də o alternativlərdən biridir. Cənab Erdoğanın bir müddətdən bəri  bunu da əməlli-başlı düşündüyünə əmin ola bilərsiniz...

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti