Böhran dövründə əhalinin sosial müdafiəsini  necə təşkil etməli?

Azərbaycan prezidentinin 19 mart tarixli sərəncamı ilə məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) 25 gün vaxt verilib.   Bu müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan işçi qrup hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir. Bu yazıda  işçi qrupunun  işinin təşkili və təkliflərin məzmunu  ilə bağlı fikirlərimi bölüşmək istərdim.

Əvvala, işçi qrupunun tərkibində dövlət məmurları ilə yanaşı maraq qruplarının (uşaqların, əlillərin, təqaüdçülərin,  aztəminatlı təbəqənin sosial-iqtisadi və məşğulluq problemləri üzrə ixtisaslaşmış ictimai birliklərin), eləcə də sosial təqdiqat yönlü analitik mərkəzlərin və institutların  nümayəndələrinin  təmsilçiliyi  təmin edilməlidir.  Buna ona görə də vacibdir ki,  müxtəlif qrupların fərqli maraqları mövcuddur, onların  nəzərə alınması hazırlanan təkliflərin hərtərəfli  və keyfiyyətli olmasına müsbət təsir edə bilər. Lakin, son illər vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdudlaşdırılması azad və müstəqil təşkilatların  effektiv iştirakçılıq səviyyəsini aşağı salır.

İkincisi, işçi qrupuna hazırkı fövqəl situasiyada təkliflərin hazırlanması  üçün ayrılan vaxt  çoxdur. Hazırda karantin rejiminin təətbiqi, eləcə də evdə qal sosial izolyasiya kampaniyasının həyata keçirilməsi koronavirusun təsirləndirdiyi biznes sahələrinin dayanmasına və ya onların fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bu isə ilk növbədə orda çalışanlarla yanaşı, aztəminatlı ailələr, pensiyaçılar, əlillər və işzislər üçün müxtəlif  dərəcəli  sosial problemlər yaratmışdır. Odur ki, hesab edirəm ki, ƏƏSMN bu istiqamətdə təkliflərin hazırlanması üçün ayrılan vaxtı gözləməməli, hazırladığı təklifləri ən qısa zamanda  ictimai müzakirəyə çıxarmalıdır.

Nəhayət hesab edirəm ki, koronavirusun təsirləndirdiyi aztəminatlı əhali qrupunun effektiv sosial müdafiəsini təşkil etmək üçün dövlət büdcəsində əlavə vəsait ayrılmalıdır və sosial xərclərdə düzəliş etmək üçün Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə yenidən baxmalıdır.

Sosial müdafiə tədbirlərinə gəlincə, hesab edirəm ki, bu  ilk növbədə yoxsullar və işzislərin müdafiəsinə yönəldilməli, pensiyaçıları və sosial müavinət alanların ehtiyaclarını hazırkı dövrün tələblərinə uyğun  qarşılamaldır. Odur ki, təklfi edirəm ki:

  1. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manatdan cari il üçün yaşayış minimumu ölkə üzrə dəyərinə 190 manata çatdırılmaldır. Bununla bağlı Milli Məclisin növbəti iclasında  Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında 29 noyabr 2019-cu il tarxili  Qanunda dəyişikliklər edilməlidir. Hesab edirəm ki, dəyişikliklər aprelin 1-dən qüvvəyə minməlidir. Bundan başqa ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilməlidir.   Məlumat üçün qeyd edim ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun  bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat təşkil etmişdir.
  2. Ən qısa müddət ərzində koronavirusun təsirindən yaranan işsizlərin sayını  dəqiqləşdirilmək üçün məşğulluq mərkəzində qeydiyyata durmaq üçün  elektron ərizələr qəbul edilməli, müraciət edən şəsxlər  işsiz  işaxtaran kimi  dərhal  qeydiyyata alınmalıdırlar.  Bununla yanaşı, qeydiyyata alınan bütün işaxaranlara və işsiz statusu olanlara minimum əmək haqqı səviyyəsində işsizliyə görə aylıq müavinət ödənilməlidir. Bununla əlaqədar olaraq,  Milli Məclis“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” 16 dekabr 2019-cu il tarixli  Azərbaycan Respublikasının  Qanununda müvafiq qəyişikliklər edilməli və işsizliyə görə sığorta ödənişləri hazırkı ehtiyaclara uyğun olaraq artırılmaldır. Məlumat üçün qeyd edim ki, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər olmuş, onların 6,6 faizi və ya 540 nəfərinə  işsizlikdən sığorta haqqı ödənilmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olmuşdur.  
  3. Minimum pensiyanın məbləği  200 manatdan 300 manatadək artırılmalıdır.   Bunun üçün prezident fərman imzalamalı və artım aprelin 1-dən qüvvəyə minməlidir.  Pensiyalar təqaaüdçülərə mobil bankomatlarla çatdırılmalı və pensiyaların ödənilməsi qrafiki üzərində dövlət maliyyə nəzarəti artırılmalıdır.  Məlumat üçün qeyd edim ki,   
      2020-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1270,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 263,6 manat təşkil etmiş və orta aylıq əmək haqqının 41,5 faizinə bərabər olmuşdur.
  4. Bütün növ aylıq və birdəfəlik  müavinətlərin məbləği  50 faiz artırılmalıdır.  Məlumat üçün qeyd edim ki, 2020-ci ilin yanvarın 1-i vəziyyətinə 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 82,4 min nəfər, əlilliyə görə - 180,5 min nəfər, ailə başçısını itirməyə görə - 47,0 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63,0 min nəfər, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olmuşdur.
  5. Hazırkı çətin dövrdə kommunal ödənişlərə güzəştlər tətbiq olunmalı, işıq, qaz və su təchizatının borca görə dayandırılmasına yol verilməməlidir. Təklif edirəm ki, yuxarıda adı sadalanan bütün kateqoriyalar üzrə sosial təminat proqramının istifadəçiləri olan işzilərin,  ünvanlı sosial yardım alanlar, bütün növ pensiyaçıların, şəhidlərin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının ailələri mart ayının 1-dən hesablanmaq şərtilə kommunal ödənişlərdən 3 ay müddətinə azad edilməlidir.
  6. Nəhayət,  səhiyyə müəssislərində, apteklərdə, mağazalarda, banklarda, poçt idarələrində, ictimai xidmətlər göstərən dövlət şirkətlərində və özəl müəssisələrdə (internet və digər kommunikasiya vasitələrinin təminatında) çalışanların  pandemiya dövrfündə əməyi stimullaşdırılmalı və onlar lazımı mühafizə vasitələri - tibbi maska, tibbi əlçək və sair ləvazimatlarla büdcədən ayrılmış vəsaiti hesabına təmin edilməldir.
  7. Mərkəzi Bank və Maliyyə Nazirliyi  banklara, bank olmayan kredit təşkilatlarına, sığorta şirkətlərinə əhaliyə və pandemiyadan zərər çəkmiş  biznes subyektlərinə kreditlərin, sığorta ödənişlərinin  həyata keçirilməsinə görə  möhlət verilməsini tövsiyyə etməlidir.
  8. Bütün yuxarıda sadalanan fəaliyyət maksimum şəffaflıq  və hesabatlıq şəraitində həyata keçirilməlidir.

Gubad İbadoğlu

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti