In Baghdad, hundreds of protesters besiege the US Embassy December 31, 2019

In Baghdad, hundreds of protesters besiege the US Embassy December 31, 2019

2003-cü ilin aprelində ABŞ-ın İraqı işğal etməsindən sonra 1980-ci ildən bəri Tehran rejiminin himayəsi altında yaşayan şiə liderləri İraqa qayıtdı: demoqrafik tarazlıq dəyişib sünni azılığın Səddam Hüseyn  liderliyində təmsil edilən hakimiyyəti tarixə qarışdığına görə mərkəzi hakimiyyətdə artıq şiələrin olacağına şübhə yox idi.

İlk  seçkidə şiələr hakimiyyətə gəldi, demoqrafik tarazlığın qorunub kürdlərin bu mozaikanın içində yer almaları üçün  Vaşinqtonun  təlqiniylə  kürdlərin liderlərindən biri olan  Cəlal Tələbani  məclis tərəfindən prezident seçildi.

O dövrün ən radikal ABŞ müxalifi Bağdad və ətrafındakı şiə qruplarının lideri Müqtəda əs-Sədr işğal qüvvələrinin hədəfində olmasına baxmayaraq, gah İranda  gizlənərək, gah da İraqda yer altına çəkilərək həyatını qoruya bildi.

Bu gün Müqtəda əs-Sədr  ölkədəki ABŞ qüvvələrindən daha çox İraqı  feili şəkildə öz hegemonluğu altında tutan (və ya tutmağa çalışan) İranla zidd münasibətlər içindədir. Çünki İŞİD terror təşkilatının İraqın şimal bölgələrini işğal edib orada  şəriət dövləti elan etməsindən  və o dövlətin Qasım Süleymaninin dəstəyi ilə qurulan Haşdi-Şabi könüllüləri tərəfindən İraqdakı varlığının tarixə qarışdırılmasından sonra Süleymaninin şəxsində İran sanki İraqın hər şeyinə hakim olmağa çalışan ölkə halına gəldi.

Bundan həm İraq, həm də ABŞ  narahatdır. 2018-ci  ilin mayında keçirilən parlament seçkisində Müqtədanın  “Sədr hərəkatı” kommunistlər  və liberallarla ittifaqa girərək  məclisin birinci siyasi qurumu halına gəlincə yeni hökumətin qurulmasında  həlledici  söz sahibi oldu.

İrana  həddindən artıq bağlı olan Nuri əl-Malikinin istefa verib yenidən hökumət qura bilməməsinin əsas səbəbkarı olan əs-Sədr son 1.5 ildə Bağdadın  Tehrandan mümkün qədər müstəqil  siyasət yürütməsinə çalışan bir lider olduğu kimi, Qasım Süleymaninin arxasında durduğu Haşdi-Şabi  təşkilatının İraqa hakim olub daha sonra Suriyaya, oradan Livan Hizbullahına limitsiz dəstək verməsindən narahat idi. Çünki bir tərəfdən, Tehranın Bağdad üzərində iqtisadiyyatdan siyasətə bitib-tükənmək bilməyən ambisiyaları İraqı həm bölgədə həm də Qərbdə ciddi təhlükələrlə  üz-üzə qoyaraq varlığını riskə  atdığı kimi, digər tərəfdən, İran dövlətinin Qərbdən özünü müdafiə  sipərini İraq ərazisində qurması siyasi arenada öz gücünü getdikcə artıran əs-Sədri açıq şəkildə narahat edir.

Livanın köklü şiə əşirətlərindən birinə mənsub olan Müqtəda əs-Sədr 2003-cü ildə Amerikanın işğalından sonra  ABŞ-a müqavimətin simvollarından biri halına gəlmiş, dəfələrlə ağır yaralanmasına baxmayaraq, zaman-zaman İranda müalicə edilib geri qayıtmış və mübarizəsini davam etdirmişdi.

Qasım Süleymani üzərindən İraqda qurulmağa  çalışılan  İran hegemonluğu ilə Müqtəda əs-Sədrin liderliyində İraq parlamentində təmsil edilən şiə məxrəcli  siyasət arasındakı əsas fərq- 15 il əvvəlkindən fərqli olaraq əs-Sədrin Qərbə qarşı daha mülayim  yanaşmasındadır. Yəni, söhbət  şiə hərəkatının yaxın və orta möhlətdəki gələcəyində “İran hegemonluğunda, yoxsa İraq parlamentində?” sualına  cavab tapmaqdan gedir və bu axtarışda Müqtəda əs-Sədrin Qərb üçün (indiki halda) ən sərfəli variant olduğu görünür.

Əlbəttə ki, bu durum əs-Sədrin tamamilə İran əleyhdarı siyasət yürüdəcəyi mənasını daşımır, daşıması da mümkün deyil. Söhbət Süleymani-Haşdi-şəbi əməkdaşlığı çərçivəsində meydana çıxan bir qüvvənin  ABŞ-ın Bağdaddakı səfirliyinə təşkil etdiyi  hücumun Qərbdə yaratdığı əks-sədadan, Süleymaninin Suriyadakı gücünün Livan Hizbullahı üçün yaratdığı inanılmaz dərəcədə hərbi və mənəvi dəstəkdən gedirdi, onun və Haşdi-şabinin ikinci sıradakı başçısının  qətl edilməsi, şübhəsiz ki, bundan sonrakı proseslərə öz təsirini ciddi şəkildə göstərəcək. Yəni, İranın  məhz Süleymani və Haşdi-şabi sayəsində İraqda, Suriyada, Livanda qazandığı üstünlük önəmli ölçüdə geriləyəcək.

Bu baxımdan İrandan yüksələn və təəssüf ki, Azərbaycan Respublikasında da “exo” verən “intiqam” nərələrinin içinin boş olduğuna indidən inana bilərsiniz. Üçüncü dünya savaşını  bir tərəfə qoyun, ən bəsit şəkildə intiqam belə alına bilməyəcək. Xomeyninin təlimatıyla 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin əməkdaşlarının girov götürülərək 444 sonra azad edilməsi faktı beyninizi qurcalamasın: islam inqilabında Vaşinqtonun əsas məqsədi kommunist  Tudə Partiyasının və İranı bürüyən həmkarlar hərəkatının qabağını kəsmək idi. Buna görə Xomeyniyə “qaz vermək” lazım idi, səfirliyin 3 əməkdaşının 444 gün girov qalması Vaşinqtonun  böyük hədəfinə hesablanmışdı və uğurla baş tutdu.

Bu ssenarilərlə bir gün Müqtəda əs-Sədrin də aradan qaldırılacağı sizin üçün sürpriz olarsa, mənim üçün qətiyyən təəccüblü olmayacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti