Mətbuat Şurası (MŞ) və Milli Tele-Radio Şurası (MTRŞ) cümə günü Beynəlxalq Mətbuat Məkəzində (BMM) qloballaşma şəraitində milli dilin saflığının qorunması mövzusunda dəyirmi masa keçirib.
Dil dövlətin əsas atributlarından biri adlandırılıb. Konkret Azərbaycan dilinə gəlincə, bu dildə 50 miyon nəfərdən çox insanın danışdığı vurğulanıb. Bu dil “azərbaycançılıq” məfkurəsinin inikası adlandırılıb. Latın Amerikası xalqlarının öz dilləri olmasına baxmayaraq, ispan dilində danışdıqları əsas gətirilib. Milli dildə danışmağın özünün nemət olduğu qeyd olunub. “İndiki qloballaşma şəraitində, dillərin bir-birinin leksik tərkibinə daha çox nüfuz etdiyi bir dönəmdə dilin saflığının qorunması taleyüklü məsələdir”, - deyə MŞ sədri Əflatun Amaşov mövqeyini ifadə edib.
Dövlət dilinin inkişafı ilə bağlı qanunlar və çoxsaylı digər sənədlər olmasına baxmayaraq, telekanal aparıcılarının nitqlərində və mətbuat səhifələrində ədəbi dil normalarının pozulmasının davam etdiyi vurğulanıb. Telekanalların verilişlərində milli dil üslubu və ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün telekanallar nəzdində Bədii Şuraların yaradılması müsbət hal sayılıb. Aparıcıların nitq mədəniyyətlərinin inkişafı üçün layihələr çərçivəsində treninqlər keçirilməsinə diqqət çəkilib. Hazırda teleaparıcıların nitqlərinin ədəbi dil normalarına uyğunlaşdırılması istiqamətində iş getdiyi nəzərə çatdırılıb. Eyni zamanda, dil-ədəbiyyat fənlərindən imtahan verən orta məktəb məzunlarının 60%-nin aşağı qiymətlər almasının bütünlükdə cəmiyyətdə narahatlıq doğurduğu iddia edilib. Bu fakt dilin gələcək nəslə yaxşı aşılanmamasının göstəricisi kimi dəyərləndirilib.
“Aparıcıların çoxunun nitqi ədəbi dilə uyğun deyil, veriliş hazırlayan şəxslərin çoxu dili orta səviyyədə belə bilmirlər”, - deyə MTRŞ sədri telekanallardakı duruma toxunub. Eyni zamanda, verilişlərə dəvət edilən bir çox məmurların və ya şəxslərin dili mükəmməl bilmədikləri də ifadə edilib. Həm də MTRŞ sədri KİV-lərə Dəstək Fondunun sədri Vüqar Səfərliyə aparıcıların nitq mədəniyyətlərini yaxşılaşdırmaq üçün layihələr ayırması xahişi ilə müraciət edib.
Telekanallarda və mətbuatda ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələrilə bağı ayrı-ayrı aparıcıların ləhcə ilə danışmaları, coğrafi toponimləri düzgün söyləməmələri, xarici dillərdən alınan ifadələri elə həmin dilə uyğun ifadə etmələri kimi səhvlər nəzərə çatdırılıb. “Yol çəkilir, yoxsa yol tikilir” ifadəsinin hansının düz olması dəyirmi masanın aparıcı müzakirə obyekti olub.
Amma monitorinqin nəticələri haqda məlumat verən İlham Abbas hansı mətbuat orqanında dil üslubuna necə əməl edilməsi haqda konkret açıqlama verməyib, ad çəkməyib. Sadəcə tədbirin sonuna yaxın MŞ sədri Ə.Amaşov ədəbi dil üslubuna ən çox rəsmi qəzetlərdə əməl olunması kimi ümumi bir fikir ifadə edib. -05C-
-
- Siyasət
- 27 İyun 2014 15:59
-
- Mədəniyyət
- 27 İyun 2014 17:01
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz