Açıq mənbələrdən foto
Bu aksiyanın keçirilməsinin məqsədi insanların bu xəstəlik, onun profilaktikası metodları haqqında məlumatlılığının artırılması, peyvənd edənlərin sayının artırılmasıdır. Bu il bayramın devizi "Hepatitin qarşısını alın. Gecikmədən hərəkət edin" seçilib.
ÜST-ün məlumatına görə, bu gün dünyada 180 mln. nəfərə yaxın insan hepatit virusuna yoluxub, 130 milyon nəfər isə xroniki daşıyıcıdır, hər il 3-4 mln. insan xəstəliyə yoluxur, onların 70%-də xroniki forma inkişaf edir. Viruslu hepatit sosial əhəmiyyətli xəstəliklər siyahısına daxil edilib.
Bu gün tibdə "A", "B", "C", "D", "E", "G" heptatiləri məlumdur. Hepatit "A" "sarılıq" da adlandırılır, çox vaxt uşaqlarda rast gəlinir və ağır nəticələri olmur. "B" və "C" hepatitləri virusun ən təhlükəli formalarıdır, qanla keçir, heç bir simptomu yoxdur.
Dünyada xəstəliyə yoluxma göstəriciləri fonunda Azərbaycandakı vəziyyət ilk baxışda əlverişli görünə bilər. Araşdırmalara görə, ölkədə viruslu "B" və "C" hepatitlərinə yoluxanların sayı böyük nəslin (18-60 yaş) 2-2,5%-ni təşkil edir. Hepatit C xəstələrinin təxmini sayı 150 min nəfərdir, hepatit B xəstələrinin sayı da təxminən eynidir. Bu göstərici dünyadakı faizdən (4%) aşağıdır. Hər il 280-320 vuruslu hepatitə (A, B, C və digərləri) yeni yoluxma hadisəsi qeydə alınır.
Səhiyyə Nazirliyinin viruslu hepatit xəstələrinin müalicəsi üzrə komissiyasının sədri Murad Məmmədov bu sahədə epidemioloji vəziyyəti sabit hesab edir, vəziyyətin Avropadan çox da fərqlənmədiyini düşünür. Artıq bir neçə ildir ki, Azərbaycanda hepatit xəstələrinə yardım proqramı həyata keçirilir. Bu proqram çərçivəsində xəstələr pulsuz dərmanlarla təmin olunur.
Amma Turan-ın müxbirinin söhbət etdiyi bəzi həkimlər hepatit xəstəliyi ilə bağlı statistikanın obyektivliyi ilə bağlı şübhəsini bildirib.
"Xroniki viruslu hepatitlər uzun müddət ərzində simptomsuz keçə bilər. Qara ciyərdə problemlər yarandıqda və ya əməliyyat nəzərdə tutulduqda əvvəlcədən qan təhlili vermək lazım olur və məlum olur ki, insan C hepatiti xəstəsidir. Təcrübəmdə xəstənin qəfildən xəstəliyə yoluxduğunu, təcili və uzunmüddətli müalicəyə ehtiyacı olduğunu öyrəndiyi bir neçə hadisə olub. Xəstəliyin aşkar edilməsi zaman və təsadüf məsələsidir", deyə plastik cərrah Emin Əlizadə bildirir.
Paytaxt klinikalarından birinin laboratoriya müdiri Şəhla Nəsirova da xəstəliyin gizli xarakterli olduğunu, xəstələrin aşkar edilməsi və hepatit xəstəliyinin miqyasının qiymətləndirilməsi üçün skrininq olmadığını qeyd edir. Onun sözlərinə görə, qan təhlili üçün hər gün onlarla insan laboratoriyaya müraciət edir.
"Təəssüf ki, bir çoxlarının diaqnozu təsdiq edilir. Onlar arasında təkcə viruslu şprisdən istifadə edən narkomanlar deyil, müxtəlif peşələrin sahibi olan insanlar da var: kiməsə doğuş zamanı qan köçürülüb, digərinin dişi çəkilib, üçüncüsünə manikür edilib və s. Yoluxma qan vasitəsilə baş verir. Bu halda onun miqdarının mənası yoxdur. Bir damla belə xəstəliyə səbəb ola bilər. Tibbi və qeyri-tibbi manipulyasiya - cərrahi və endoskopiya müayinələri, manikür, döymə çəkilməsi, qulaq deşilməsi və digər pirsinq növləri üçün istifadə olunan alətlərdə qan qalıqlarına rastlamaq olar", deyə mütəxəssis qeyd edir.
Hepatitlərdən necə qorunmaq olar? Həkimlər salonlarda döymə və manikürə aludə olmamağı (bunu evdə öz alətlərinizlə də edə bilərsiniz), alətlərin steriləşdirildiyi ixtisaslaşmış klinikalara müraciət etməyi, hər il hepatiti yoxlatdırmağı məsləhət görürlər - ən sadə və ucuz (özəl klinikalarda) müayinə kart-testdir. Xəstə hepatit virusunun olması haqqında müsbət cavab alırsa, bu zaman bütün protokollar üzrə müayinə - orqanizmə virus yüklənməsi, virusun genotipinin və fibroz səviyyəsinin müəyyən olunması nəzərdə tutulur. Hepatit C virusu üç aydan bir ilə qədər müalicə olunur. Üç ay virusun məhv edilməsi və 6 ay da xəstənin virusdan xilas olduğunun təsdiqini almaq üçün.
Rəy yaz