Nardaran işində təqsirləndirilən müalicə müəssisəsinə yerləşdirilib
Bakı/20.08.17/Turan: "Nardaran işi" üzrə təqsirləndirilənlərdən Əli Hüseynovun Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir.
Bu haqda Ə.Hüseynovun saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi onun vəkillərinə məlumat verib.
Təcridxana rəhbərliyinin vəkil Zibeydə Sadıqovaya göndərdiyi məktubda deyilir ki, Əli Hüseynov təcridxanada saxlanıldığı müddətdə "generalizə olunmuş psoriaz" daqnozu ilə tibb-sanitar hissədə qeydiyyatda olub.
"Vaxtaşırı həkim baxışları, instrumental və laborator müayinələr həyata keçirilərək onun səhhətinə nəzarət edilib, ambulator qaydada müvafiq müalicələri təmin olunub. Ə.Hüseynov təcridxanada olduğu müddətdə qeyd olunan diaqnoz üzrə iki dəfə Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilib, orda ixtisaslı müalicə alıb".
Təcridxana rəhbərliyi Əli Hüseynov avqustun 12-də həmin diaqnozla ixtisaslı müayinə və müalicə üçün yenidən Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərildiyini, hazırda müalicəsinin davam etdirildiyini bildirib.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Cinayət işi üç qrupa ayrılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.
62 yaşlı Əli Hüseynov "Nardaran işi-3" mühakimə edilir.
Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.-0-
Cəmiyyət
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
-
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Rəy yaz