Ramanadan qalan yadigar
Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub. Ramananın hal-hazırki dövrümüzə qədər gəlib çatmış ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc və donjonlu Ramana qalası aiddir.
 
Ramana qalası — Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.
 
Ramana qalasından "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
 
 
Xəlifə Əli məscidi — Bakının Ramana kəndində yerləşən bu məscidin əsas giriş qapısının üstündəki dəmir lövhədə XVII əsr tarixi göstərilib. Lakin məscidin giriş qapısından sağ tərəfdəki daş kitabədə hicri-qəməri təqvimi ilə 1256-cı il yazılıb. Əsas giriş qapısının üstündəki daş kitabədə isə 1056-cı il tarixi qeyd olunur. Odur ki, bu məscidin dəqiq tarixi barədə məlumat vermək çətinlik törədir. Qeyd edək ki, Ramana Qala məscidi qayaların üstündə tikilib. Əsas ibadət zalı bir mərtəbədən ibarət olub, sahəsi 4x12,5 metrdir. Məscidin hündürlüyü isə 4 metrdir. Məscidin pəncərələrinin birinci layı taxta, ikinci layı isə daşla işlənib.

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti