Təhsildə maliyyələşmə necə qurulmalıdır? – Nabatəli Qulamoğlu saat 16:00-da Çətin sualda

İlin sonuna kimi məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçid planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu, bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq".

Qeyd edək ki, adambaşına maliyyələşmə dedikdə dövlət tərəfindən məktəbə şagird sayına görə müvafiq ödənişin verilməsi nəzərdə tutulur. Emin Əmrullayev ötən il Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, Azərbaycan məktəblərində şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb.

Təhsildə adambaşına maliyyələşmə necə qurulmalıdır?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

Leave a review

Difficult question

Follow us on social networks

News Line