Açiq mənbələrdən foto.
ABŞ Azərbaycan və Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərir
Vaşinqton/13.12.22/Turan: Bazar ertəsi Vaşinqton bildirib ki, Ermənistan və Azərbaycan arasında Laçın dəhlizində qarşıdurma ilə əlaqədar gərginliyin aradan qaldırılması üçün səy göstərir, bu barədə Turan-ın Amerikadakı müxbiri bildirib.
Turan-ın son gərginliklə bağlı ABŞ-ın hər hansı mövqeyinin olub-olmadığı və gərginliyin artması ilə əlaqədar Vaşinqtonun vəziyyətə nəzarət etmək imkanının olub-olmaması ilə bağlı sualına cavabda Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays belə deyib: "Düşünürəm ki, biz ardıcıl olaraq diqqəti bu vəziyyət, gərginliyin aradan qaldırılması zərurəti, iki ölkəni möhkəm və hərtərəfli nizamlama yoluna çıxarmaq zərurəti üzərində cəmləşdirmişik".
Daha sonra Prays xatırladıb ki, bir müddət əvvəl ABŞ Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Vaşinqtonda iki ölkənin XİN başçısının görüşünü təşkil edib.
"Baş müşavirimiz Fil Riker gərginliyin aradan qaldırılmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək üçün hər iki ölkənin rəsmiləri ilə fəal əməkdaşlıq edir", deyə Prays qeyd edib. 0
-
- Siyasət
- 13 Dekabr 2022 11:30
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz