Dövlət Departamenti : Qubad İbadoğlunun həbsini "yaxından İzləyirik"
Vaşinqton/25.07.23/Turan: ABŞ bazar ertəsi Azərbaycanda müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib. Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.
"Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik... Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - Miller əlavə edib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, nüfuzlu iqtisadçı alim (bu yaxınlarda ABŞın Rutgers Universitetində çalışıb) polisin İbadoğlunun iyulun 23-də Bakıda yaşamadığı mənzilində 40 min dollarlıq saxta əskinaslar tapdığını iddia etdikdən sonra saxlanılıb.
Ailəsi bu pulların İbadoğluya aid olmadiğını bildirib.
Uzun illər xaricə getdikdən sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Azərbaycan hökuməti onu həm də Fəthullah Gülənin terror təşkilatı ilə əlaqədə də ittiham edib və bu absurd iddiadır.
Aleks Raufoğlu
Siyasət
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
-
NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
-
İran prezidenti Məsud Pezeşkian dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
-
Dekabrın 26-da Böyük Britaniyanın Bakıdakı səfirliyi AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə matəmlə əlaqədar bayrağı endirib.
Rəy yaz