Последнее обновление

(11 минут назад)
Qərb, yoxsa Rusiya? BRİCS-ə üzvlük. Azərbaycan hara gedir? – Zərdüşt Əlizadə saat 16:00-da Çətin sualda

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin Moskva ilə Bakı arasında sıx qarşılıqlı fəaliyyətdən asılı olduğunu deyib.

Ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla bağlı sərt açıqlamalar verib.O, Baş nazir Nikol Paşinyanı sülh prosesini manipulyasiya etməkdə suçlayıb.

Bu arada Azərbaycan BRİCS-ə daxil olmaq üçün müraciət edib, ölkə XİN bildirib.

2011-ci ildə Cənubi Afrika qoşulmadan öncə BRİC kimi tanınan BRİCS sürətlə inkişaf edən beş ölkənin koalisiyasıdır: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika. Qrup dünya əhalisinin 45%-ni təmsil edir və dünya neft ehtiyatlarına mühüm təsir göstərərək dünya iqtisadi istehsalının 28% - nə nəzarət edir.

Azərbaycanın BRİCS-ə qoşulmağa marağı ölkədə insan hüquqlarının vəziyyətini tənqid edən və sanksiyalar tətbiq edən Qərb ölkələrilə artan gərginlik fonunda özünü göstərir. Əksinə, Azərbaycan Rusiya ilə münasibətlərini möhkəmləndirir və BRİCS ilə daha da yaxınlaşaraq öz mövqeyini möhkəmləndirməyə çalışır.

Siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей