
Bu yay sel və daşqınların sayı ötən illə müqayisədə 2,7 dəfə çoxdur
2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, təkcə iyul ayında ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.
Bu, son 50 ildə ən çox sel göstəricidir.
Leysan yağışları ölkə çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazda və Lənkəran-Astara bölgəsində sululuğun normadan yüksək olmasına səbəb olub.
Rəy yaz