
Çərşənbə axşamı küləkli hava davam edəcək
Mayın 14-də Bakıda və Abşeronda dəyişkən hava şəraiti davam edəcək, güclü şimal-qərb küləyi əsəcək. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Havanın temperaturu gecə müsbət 10+13, gündüz müsbət 14+17 dərəcə olacaq.
Ölkə rayonlarında bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Dağlarda qar yağa bilər. Mülayim qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə müsbət 10 +14, gündüz müsbət 15 +18, dağlarda gecə 0+5, gündüz müsbət 5+8 dərəcə olacaq.
Rəy yaz