
Cümə axşamı Bakıda hava küləkli olacaq
Bakı/27.12.23/Turan: Dekabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululdu olacaq, axşama yaxın yarımadanın bəzi yerlərində yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, axşam saatlarında zəifləyəcək.
Havanın temperaturu müsbət 5 +9, gündüz müsbət 9 +11 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında əsasən yağıntı olmayacaq, lakin dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Böyük Qafqazın ayrı-ayrı hissələrində yağıntı intensiv olacaq. Bəzi ərazilərdə duman gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə müsbət 2 +6, gündüz müsbət 10 +15 dərəcə olacaq.- 06B-
Rəy yaz