
Cümə günü yağıntılar davam edəcək
Mayın 17-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-13, gecə 14-17 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 10-14 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Rəy yaz