
İki nəfər İran vətəndaşı narkotik maddə qaçaqmalçılığına cəhd zamanı saxlanılıb
Bakı/27.12.23/Turan: İki nəfər İran vətəndaşı narkotik maddə qaçaqmalçılığına cəhd zamanı saxlanılıb, Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib.
Qulamrza Qaçaq oğlu Cəmşidi (1968-ci ildə anadan olub) və Siyamək Səmədulla oğlu Yusifzadə (1988-ci il) Astara rayonunun Hamoşam kəndi yaxınlığında saxlanılıblar.
Şəxsi baxış zamanı onlardan 8 kiloqram 75 qram marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam edir. – 06B-
Rəy yaz