
Bakı/30.06.17/Turan: Sinoptiklərin proqnozuna əsasən, iyulda Azərbaycan ərazisində havanın temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan yüksək olacaq.
Bakıda və Abşeronda orta aylıq temperatur gündüz +29 +34 dərəcə təşkil edəcək. Ayrı-ayrı günlərdə havanın temperaturu +39 dərəcəyə qədər yüksələcək.
Aylıq yağıntıların səviyyəsi 2-3 mm normasını aşacaq.
Naxçıvanda ayrı-ayrı günlərdə maksimum temperatur +42 dərəcə təşkil edəcək.
Kiçik Qafqazın dağətəyi rayonlarında maksimum temperatur +38 dərəcə, Böyük Qafqazın dağlıq rayonlarında +37 dərəcə, aran rayonlarında +42 dərəcə, Talış dağlarında +37 dərəcə təşkil edəcək.
İyulda ölkə üzrə yağıntıların səviyyəsi iqlim normasına yaxın olacaq, deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir. -02D-
Rəy yaz