
Novruz günləri üçün hava proqnozu
Martın 20-də Bakıda və Abşeron yarımadasında səhər və axşam yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq, dağlıq rayonlarda qar yağacaq. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-ü səhər saatlarına qədər davam edəcək. Bu dövrdə yağıntı və qərb küləyi davam edəcək. Dağlarda qar yağacaq. Havanın temperaturu dağlarda gecə 4-5 dərəcə şaxta, gündüz 0 dərəcə, aran rayonlarında gecə 4-5, gündüz 13 dərəcəyədək isti olacaq. Qərb küləyinin sürəti saniyədə 10-15 metr təşkil edəcək.
Rəy yaz