QHT-lər OGP-nin qərarını konstruktiv hesab edir
Bakı/30.06.17/Turan: Azərbaycanın bir sıra QHT-lərinin təmsil edildiyi Açıq Hökumət Platforması (POG) Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün (Open Government Partnership) rəhbər komitəsinin Azərbaycanın "qeyri-fəal statusunun" daha bir il saxlanması haqqında qərarını konstruktiv adlandırıb.
Bu qərar iyunun 29-da Vaşinqtonda Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün pis şəraitin davam etdiyinə görə qəbul edilib.
OGP-nin qərarı həm Azərbaycan hökumətinin, həm də qeyri-hökumət təşkilatlarının uğurudur, deyə POG koordinatoru Əliməmməd Nuriyev bildirib.
Onun fikrincə, məsələnin bu şəkildə qoyulması vətəndaş cəmiyyəti institutlarının inkişafı yolunda maneələrin aradan qaldırılması üçün şərait yaradır.
"Bu problemlərin mövcudluğunu açıq bəyan edirik və bu barədə hökumətlə açıq müzakirələr aparırıq, - deyə Nuriyev bildirib. - Xarici donorlardan qrantlar alınması ilə bağlı narahatlıq yaradan məqamların müzakirəsinə, aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır". -0-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz