
Sinoptiklər bazar günü Bakıda küləkli hava proqnozlaşdırırlar
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 5+8, gündüz müsbət 9+11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında havanın əsasən yağıntısız keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz müsbət 9+14, dağlarda gecə mənfi 3-8, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək olacaq.
Rəy yaz