
Üç nəfər Pakistan vətəndaşı Gürcüstana qanunsuz keçməyə cəhd edərkən saxlanılıb
Bakı/27.12.23/Turan: Üç nəfər Pakistan vətəndaşı Avropa ölkələrindən birinə getmək məqsədilə Gürcüstan istiqamətində Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanılıb.
İnsident dekabrın 25-də Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında "Şəmkir" sərhəd zastavasının xidmət ərazisində baş verib.
Məlumatda sərhəd pozucularının adları göstərilir-Əli Sacad Muhəmməd Amin, Mir Muhəmməd Xan Nadar və Xan Rabani Muhəmməd Aşıq.
Faktla bağlı qanunsuz miqrasiya kanalının müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri aparılır. – 05B06-
Rəy yaz