Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Fransa ordeni ilə təltif edilib
Bakı/10.10.19/Turan: Dünya sivilizasiyasının inkişafına hər ölkənin və xalqın töhfəsi var, ancaq Fransanın dünya mədəniyyətinə və ədəbiyyatına töhfəsi digərlərindən fərqlənir. Bu fikri Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Fransanın incəsənət və ədəbiyyat üzrə Kavaler Ordeninin ona təqdim olunması mərasimində söyləyib.
Tədbir oktyabrın 10-da Fransanın Azərbaycandakı səfirliyində keçirilib. Ç.Fərzəliyevə ordeni Fransa səfiri Zakari Qros təqdim edib.
Səfir qeyd edib ki, Ç.Fərzəliyev iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə təltif edilib.
Qros xatırladıb ki, Ç.Fərzəliyev 2012-ci ildə Bakıda "Fransa inciləri" sərgisini təşkil edib. Sərgidə dünyanın ən yaxşı muzeylərində - Luvr və Orse, Versal sarayı, Pompidou Mərkəzi, Marsel, Lion, Nitsa və digər şəhərlərdəki muzeylərdə saxlanılan əsərlər nümayiş etdirilib.
Bununla yanaşı, Qros 2017-ci ildə Bakıda keçirilmiş "Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisini qeyd edib. Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illiyi çərçivəsində keçirilmiş sərginin kuratoru Ç.Fərzəliyev olub. Muzeyə gələnlər Fransa mədəni irsinin nümunələrinə baxa biliblər.
İncəsənət və ədəbiyyat üzrə Kavaler Ordeni ötən əsrin ortalarında təsis edilib və dünya mədəniyyəti və beynəlxalq mədəni əlaqələrin inkişafında xidmətlərə görə verilir.-71C-
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz