Ombudsmanın ofisi iddia ki, Polad Aslanov qida qəbul edir
Bakı/10.10.19/Turan: Oktyabrın 10-da ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri xəbərdarlıq etmədən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkiblər.
Ombudsman aparatının mətbuat xidmətinin məlumatına görə, onlar saxlama şəraiti və rəftar məsələlərini, saxlanılan şəxslərin hüquqlarının təmin olunmasının vəziyyətini araşdırıblar.
Həmçinin jurnalist Polad Aslanovun aclıq etməsi barədə məlumatlar ilə əlaqədar onunla ayrıca görüş olub.
"Görüş zamanı o, qida qəbul etdiyini bildirib", - məlumatda deyilir.
Lakin oktyabrın 8-də P.Aslanova baş çəkmiş vəkil Osman Kazımov deyib ki, müttəhim oktyabrın 5-də başladığı aclığı həmin ana qədər davam etdirib.
Vəkilin sözlərinə görə, P.Aslanov deyib ki, ona qarşı əsassız cinayət təqiblərinə və həbs müddətinin 4 ay uzadılmasına etiraz olaraq aclıq elan edib.
"Mən təkidlə aclığı dayandırmasını xahiş etdim. Ancaq o dedi ki, aksiyanı davam etdirəcək. Aslanov özünü günahkar hesab etmir. Mənə elə gəlir ki, o, hansısa yazının qurbanı olub", - vəkil bildirib.
Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.-21B06-
-
- Cəmiyyət
- 10 Oktyabr 2019 17:33
-
- Mədəniyyət
- 10 Oktyabr 2019 20:08
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz