USAID-Azərbaycan əməkdaşliği çərçivəsində Cocuq Mərcanlida ikinci layihə tamamlanib
BAKI - Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktor əvəzi Maykl Henninq ilə birgə quşçuluqla məşğul olan fermerlərin ehtiyaclarını qarşılayacaq inkubator məntəqəsinin açılışını qeyd ediblər. Bu layihə USAID tərəfindən maliyyələşən və İqtisadiyyat nazirliyinin dəstəyi ilə həyata keçirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində tamamlanıb.
Yeni inkubator məntəqəsi əsas gəlir mənbəyi kimi quşçuluqla məşğul olan Cocuq Mərcanlı və qonşu üç kənddə 800-ə yaxın ailədə ev quşlarının sayının artmasına kömək edəcək. İnkubator temperaturu nəzarət olunan mühit təmin edərək uğurla yumurtadan çıxmış quş balalarının sayını artıracaq. Həmin ailələr cücələri artıq başqa məntəqələrdən almalı olmayacaqlar və bununla da vaxt və pula qənaət edərək gəlirlərini artıracaqlar.
Cocuq Mərcanlı sakinləri ilk icma layihəsini - yem emalı və toxum təmizləmə məntəqəsini - USAID və İqtisadiyyat nazirliyinin dəstəyi ilə 2017-ci ildə həyata keçiriblər. Həmin məntəqə Cocuq Mərcanlı və ətraf kəndlərin sakinlərinə özlərinin maq-qarası və ev quşları üçün yem hazırlamağa imkan yaradıb.
"Bu USAID layihələri Amerika xalqı tərəfindən maliyyələşir. Bunlar Cocuq Mərcanlı sakinləri, Azərbaycan xalqı və Amerika xalqı arasında tərəfdaşlıq və dostluq rəmzidir. Biz sizin tərəfdaşınız və dostunuzuq", deyə USAID-in Azərbaycandakı missiyasının direktor əvəzi Maykl Henninq açılış mərasimində qeyd edib.
USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 160-dan çox layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var. Bu layihələrdən 120-dən çox icmada 300,000 insan faydalana bilir. ®
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz