Avropa Parlamenti: Azərbaycan Aİ dəyərlərinə hörmət etməlidir
Strasburq/16.05.18/Turan: Avropa Parlamentinin deputatları çərşənbə günü Avropa İttifaqının rəhbərliyinə Aİ və Azərbaycan arasında gələcək sazişlə bağlı tövsiyələr göndəriblər.
Saziş korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizəyə və əsas azadlıqların təmin edilməsində irəliləyişə şərait yaratmalıdır.
Bu tövsiyələr Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri tərəfindən 56 səs "lehinə", 2 səs "əleyhinə" və 7 nəfər bitərəf olmaqla qəbul edilib.
Tövsiyələrdə deyilir ki, Avropa Parlamentinin deputatları Aİ Şurasını, Avropa Komissiyasını və Xarici Fəaliyyət Xidmətini aşağıdakı addımları atmağa çağırırlar:
*Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;
*Azərbaycan hakimiyyətinə ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməsə heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;
*Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;
*İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin, xüsusən "Landromat" işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;
*Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;
*Azərbaycanda redaksiya müstəqilliyi və Aİ-nin standartları təmin edilməklə, azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.
Deputatlar hesab edirlər ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı gücləndirilməlidir. Onlar Aİ və münaqişə tərəflərindən hər biri ilə yeni sövdələşmələrinin mühüm öhdəliklər və münaqişənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyişlərlə şərtlənməlidir.
Parlamentin məruzəçisi Norika Nikolaya müzakirələr zamanı bildirib ki, Aİ sərhədləri getdikcə daha çox təhlükəli olur, buna görə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, o cümlədən Azərbaycan getdikcə daha çox əhəmiyyət qazanır. Aİ və Azərbaycan arasında ədalətli və etibarlı münasibətlər hər iki tərəfə iqtisadi fayda verəcək, demokratiyanın möhkəmlənməsini təmin etməyə kömək edəcək, deyə o qeyd edib.
Hazırda Aİ və Azərbaycan arasında münasibətlər 1999-cu il tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın əsas ticari tərəfdaşı və ən böyük ixrac-idxal bazarıdır. Ümumi ticarətin 48,6%-i Aİ-nin payına düşür. -02D-
-
- İqtisadiyyat
- 16 May 2018 14:39
-
- Cəmiyyət
- 16 May 2018 15:11
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz