Avropa Yayım İttifaqı jurnalistlərin müdafiəsində Avropa Şurasına qoşulur
Strasburq/30.06.17/Turan: İyunun 30-da Avropa Yayım İttifaqı (AYİ) Avropa Şurasının üzv dövlətlərdə KİV azadlığının mümkün pozulması hallarının araşdırılmasına yönəlmiş onlayn-platformasının tərəfdaşı oldu.
Avropa Şurası bu platformanı jurnalistikanın müdafiəsi səviyyəsinin və jurnalistlərin təhlükəsizliyinin artırılması üçün yaradıb, deyə Avropa Şurasının məlumatında bildirilir.
Avropa Şurasının Baş Katibi Turbyorn Yaqland AYİ Baş Assambleyasında tərəfdaşlıq haqqında sazişi imzalayıb. O, burada aparıcı yayım şirkətləri qarşısında müasir demokratik ölkələrdə ictimai KİV-in rolu haqqında çıxış edib.
"AYİ bu istiqamətdə 70 ilə yaxın iş sayəsində nadir təcrübəyə malikdir. Hər iki təşkilatımız ictimai KİV-in nəşriyyat müstəqilliyinin və institusional müstəqilliyinin təmin edilməli olduğu fikrini bölüşür", deyə Yaqland sazişin imzalanması mərasimində bildirib.
AYİ sədri Jan Pol Filippo deyib: "Avropa Şurası bütün Avropada və onun hüdudlarından kənarda mülki hüquqların və insan hüquqlarının, habelə fikri ifadə azadlığının zaminidir. Aİ-nin jurnalistlərin və müstəqil KİV-in müdafiəsi üzrə səylərini dəstəkləməkdən şadıq". -02D-
-
- Cəmiyyət
- 30 İyun 2017 15:42
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz