�Bakcell�dən �YouTube� istifadəçiləriüçünyeni internet paketləri
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ən populyar video platformalarından biri olan"YouTube"dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv"YouTube"internet paketini istifadəyə verib.
Təqdim olunan yeni məhsul sayəsində Bakcell abunəçiləri video izlədiklərizaman sərf edilən internet trafikinə və ya balansdakı vəsaitə qənaətedə biləcəklər.
"YouTube" internet paketlərinin trafikin həcminə uyğun olaraq aşağıda qeyd edilən iki növü var:
Paketlər | Trafikhəcmi | Aktivləşdirməkodu | Qiymət |
YouTube 1 | 2 GB | *530*2000#YES | 2 AZN |
YouTube 2 | 5 GB | *530*5000#YES | 4 AZN |
Paketin istifadə müddəti 7 gün təşkil edir. Bu müddət bitdikdən sonra İnternetdən istifadə üçün xidmət haqqı abunəçinin tarifinə uyğun olaraq balansdakı vəsaitdən və ya mövcud internet paketindən çıxılacaq.
Qeyd edək ki, abunəçi "YouTube" internet paketini digər internet paketləri ilə paralel qaydada istifadə edə bilər. Bu halda əsas adi internet paketindən "Youtube" istifadəsi üçün trafik çıxılmayacaq.
Bu yeni məhsulunun daha bir üstün cəhəti ondan ibarətdir ki, abunəçi balansındakı "YouTube" üçün nəzərdə tutulmuş trafiki "Wi-Fi Hotspot" vasitəsilə digər cihazlarla da paylaşa bilərlər.
Bütün qeyd edilənlərə əlavə olaraq, internet paketindən istifadə edən abunəçilər "Bakcell"in pulsuz Wi-Fi xidmətindən faydalana bilərlər. Bu xidmətdən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksi xidməti) istifadə etmək mümkündür. "Bakcell"in pulsuz Wi-Fi xidməti barədə ətraflı məlumat üçün keçid: https://www.bakcell.com/az/bakcell-wi-fi
Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş Bakcell gələcəkdə də ən innovativ mobil data məhsulları ilə abunəçilərini sevindirməyə davam edəcək.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. ®
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz