Dunya Miyatoviç: “Jurnalistlərin qurbanlarını qiymətləndirmək lazımdır”
Strasburq/02.05.20/Turan: “Sərbəst və keyfiyyətli jurnalistika demokratiyanın bir aktividir”, - Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində deyib.
“3 May Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edərkən biz jurnalistlərə və KİV işçilərinə cəmiyyətin rufahı naminə əvəzsiz işlərinə görə təşəkkür etməliyik. Bizim maraqlarımıza xidmət etmək üçün onların verdikləri qurbanları və ailələrinin qurbanlarını tanımalıyıq.
Onlar bizə həyatımıza dair qərarların qəbulu üçün malik olduğumuz ən güclü alətlərdən birini - etibarlı informasiyanı verirlər.
Onlar ədalətsizlik, cinayət, korrupsiya və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını ifşa edirlər. Onlar hökümətin fəaliyyətini ictimaiyyətin ciddi nəzarəti altında saxlayırlar.
Buna görə də mətbuat azadlığı milli konstitusiyalarda və beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquqlardan biridir. Buna görə də biz jurnalistlərin və KİV işçilərinin təhlükəsizliyinə, müstəqilliyinə, iqtisadi və sosial rifahına daha çox investisiya qoymalıyıq. 3 mayın yaxınlaşması ilə mən həqiqətin və ədalətin qorunması işində çalışan bütün jurnalistlərə və media işçilərini qiymətləndirmək istəyirəm. Onların çoxu bizə əsaslandırılmış qərarlar qəbul etmək və cəmiyyəti daha da ədalətli etmək üçün imkan yaratmaqdan ötrü öz həyatlarını və ya azadlıqlarını qurban veriblər”, - bəyanatda deyilir. 02D--
-
- Siyasət
- 2 May 2020 20:37
-
- Söz istəyirəm
- 3 May 2020 11:00
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz