![Əli Əsədov baş nazir vəzifəsinə təsdiq edilib (yenilənib)](https://turan.az/resized/media/2019/main/020200028272-750-500-resize.webp)
Əli Əsədov baş nazir vəzifəsinə təsdiq edilib (yenilənib)
Bakı/08.10.19/Turan: Azərbaycan parlamenti Əli Əsədovun ölkə hökumətinin başçısı vəzifəsinə təyin edilməsinə razılıq verib. Təqdimat dövlət başçısı tərəfindən edilmişdi.
İclasın əvvəlində parlamentin spikeri Oqtay Əsədov deyib ki, Novruz Məmmədov baş nazir vəzifəsindən getdiyi barədə ərizə yazıb. O, bunun səbəblərini açıqlamayıb.
Oqtay Əsədov deyib ki, Əli Əsədov bütün vəzifələrdə səriştəliliyini sübut edib, iqtisadiyyatı yaxşı bilir və baş nazir vəzifələrinin öhdəsindən şərəflə gələcək.
Daha sonra parlament yekdilliklə Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsinin lehinə səs verib.
Zalda iştirak edən 105 deputatın hamısı onun lehinə səs verib. -06D-
* * *
2019 Oktyab 08 (Çərşənbə axşamı) 12:36:13
Əli Əsədov Azərbaycanın yeni baş naziri olacaq
Bakı/08.10.19/Turan: Milli Məclisin bugünki iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Əli Əsədovun baş nazir vəzifəsinə təsdiq edilməsi məsələsi də daxil edilib. Bu barədə ölkə parlamentindəki mənbələr bildirib.
Bu günə qədər Əsədov dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi idi. Maraqlıdır ki, indiyə qədər Novruz Məmmədovun baş nazir vəzifəsindən azad edilməsi haqqında fərman yoxdur.
72 yaşlı Məmmədov cəmi bir il əvvəl baş nazir vəzifəsinə təyin olunub və tarixdə hər hansı faydalı təşəbbüsü ilə fərqlənməyən, ən nəzərə çarpmayan hökumət başçısı kimi qalacaq.
Əli Əsədov 1956-cı ildə Naxçıvanda dünyaya gəlib. Məktəbi Bakıda bitirib, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Azərbaycanda Dövlət Plan Komitəsində, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işə başlayıb. 1989-1995-ci illərdə Politologiya və Sosial İdarəetmə İnstitutunun dosenti və kafedra müdiri olub.
1995-ci ildə Milli Məclisin deputatı seçilib.
1998-ci ildə ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 2012-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. -02B-
Siyasət
-
Son günlər Azərbaycanda jurnalistlərin həbsi siyasi və ictimai xadimlərin tənqidlərinə səbəb olub.
-
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırmalı olduğu barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Rəy yaz