Elmar Məmmədyarov Parisdə ATƏT MQ-nin həmsədrləri ilə görüşüb
Bakı/15.05.18/Turan: Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu gün Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.
Azərbaycanda və Ermənistanda seçki proseslərinin başa çatması nəzərə alınaraq, danışıqların intensiv formada davam etməsinin əhəmiyyəti qeyd edilib.
Məmmədyarov öz növbəsində Bakının buna hazır olduğunu bildirib, bu barədə XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin təşviqi ilə bağlı planlaşdırdıqları tədbirlər ətraflı şəkildə müzakirə olunub. -06D-
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Rəy yaz